Səkidə yuyulan avtomobillər, yolsuz qalan piyadalar… - VİDEO

Paytaxtın Xudu Məmmədov küçəsi, Həzi Aslanov metrosunun yaxınlığındakı avtomobil yuma məntəqələri piyadalar üçün təhlükə yaradır.
Avtosfer.az-a izləyicilərimizdən birinin göndərdiyi videolardan aydın görünür ki, avtoyuma məntəqələrində yuyulan avtomobillər səkiləri zəbt edir. Görüntülərdə bir neçə avtoyuma məntəqəsinin önündə parklanan, yuyulmuş və yuyulan avtomobillər piyadaların yolunu bağladığı əks olunub. Həmçinin ordan keçənlər avtomobillərin yuyulması zamanı üzərinə kirli su sıçanmamsı üçün yenə avtomobil yoluna çıxırlar. Bu hal piyadaların həyatları üçün təhlükə mənbəyidir. Belə ki, piayadalar hərəkət zolağında keçməli olur. “Moyka”lar səkidən kənarda olmalıdır ki, qeyd edilən təhlükəli vəziyyət yaranmasın.
Güman edirik ki, yaxın zamanda bu barədə ciddi tədbir görüləcək.
Məhəbbət Tərlanoğlu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











