Sel Oğuzda yolu dağıtdı: sakinlər üçün çətinlik yaranıb - VİDEO

Güclü yağış nəticəsində yaranan sel suları Oğuz rayonunun Filfilli kəndinin yolunu bərbad vəziyyətə salıb.
Məlumata görə, sakinlər deyirlər ki, yolun bu vəziyyətdə olması onların işini xeyli çətinləşdirib.
Sakinlər bildirirlər ki, yolun bərpası ilə bağlı müraciət etsələr də, nəticəsi olmayıb.
Filfilli kənd icra nümayəndəliyindən bildirildi ki, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib, bundan başqa, problemlə bağlı Oğuz Rayon Suvarma Sistemləri İdarəsinə məlumat verilib, yolun təmiri üçün texnika istənilib. Qeyd edilib ki, kənddə yol və körpülər 4 istiqamətdə dağılıb ki, onlardan 3-ü sakinlərin vəsaiti hesabına təmir edilib.
Oğuz Rayon Suvarma Sistemləri İdarəsindən isə bildirildi ki, hazırda digər ərazilərdə də sellərin yaratdığı fəsadların aradan qaldırılması, tütünçülükdə gündəlik tələb olunan suvarma işlərinin həyata keçirilməsi, kanalların təmizlənməsi istiqamətində işlər getdiyindən texnikalar əsasən həmin istiqamətlərə yönəldilib. Lakin imkan yaranan kimi həmin əraziyə də texnikalar cəlb olunacaq.
Daha ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










