Sel suları 20-yə yaxın rayonda avtomobil yollarına ziyan vurub

Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-yə yaxın rayonda yol təsərrüfatına xeyli ziyan dəyib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, xüsusilə Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəkidə avtomobil yollarına daha çox ziyan dəyib.
Bundan başqa, intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissələrində, Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Masallı-Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələrini daha da aktivləşdirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb. Dərhal sözügedən ərazilərə mütəxəssislər cəlb olunub, təbii fəlakətin miqyası müəyyənləşdirilib.
Bir çox ərazilərdə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təbii fəlakətin fəsadları qısa müddət ərzində aradan qaldırılıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












