Sel təhlükəsi davam edəcək - Azərbaycanda

Yay aylarının uzun müddət isti və quraq keçməsi nəticəsində dağlıq ərazilərdəki sel ocaqlarında artıq xeyli parçalanmış və aşınmaya hazır küllü miqdarda sel materialı yığılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bildirib ki, fəsil dəyişərkən güclü leysan tipli yağışlar olsa, mütləq sel yaradacaq. Bu hadisənin artıq baş verdiyini deyən E. Əlizadə qeyd edib ki, bir neçə gün əvvəl Daşkəsən-Gədəbəy zonasından, dünəndən başlayaraq, Dəmiraparançaydan, Göyçaydan sel keçib: “Hazırda buna oxşar hadisələr cənub yamacın digər çaylarında – Kişçayda, Şinçayda, Kürmükçayda da baş verib. Şimal-şərq yamaclarında da artıq gursululuqdur və selin keçmə ehtimalı çox böyükdür”.
E.Əlizadə bildirib ki, sel təhlükəliliyi yay fəslindən payıza keçiddə çox güclüdür: “Dəmirparançayda turizmin inkişafı üçün çoxlu obyekt tikilib, bu, çox yaxşıdır. Amma vurğulamaq lazımdır ki, orada yamacların tarazlığı pozulur, aşınma prosesi güclənir, sel ocaqlarında fəallaşma artır. Bu da yağıntılarda sellərin yaranmasına səbəb olur. Hazırda Böyük Qafqazın cənub yamac çaylarında - Kürmükçay, Şinçay. Kişçay, Dəmiraparançay, Göyçay, Girdimançay, şimal-şərq yamacda Darçay, Qudyalçay, Vəlvələçay və Lənkəran zonası çaylarında sel keçmə ehtimalı çox böyükdür. Belə davam edərsə, sellərin baş vermə ehtimalı çox böyükdür. Əsas təhlükə Şəki-Zaqatala, Quba-Xaçmaz, qismən də Lənkəran zonasındadır”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












