Sel Tovuzu dağıtdı - FOTO

Ötən gün yağan güclü yağış Tovuza da ziyan vurub. İntensiv yağışın yaratdığı sel suları üç kəndi birləşdirən körpünü aparıb. Avtosfer.az anspress-ə istinadən bildirir ki, söhbət Tovuzun Gədəbəylə sərhəd olan kəndlərindən - Ağbaşlar, Lazılar və Almalıtaladan gedir.
Kənd sakinlərinin sözlərinə görə, sel körpünü uçurduğundan kənd sakinlərinin bəziləri körpünün bu tərəfi, bəziləri isə o biri tərəfində qalıblar. "Mal-qaramızı sel aparıb. Ölənimiz var, amma sel onu dəfn etməyə imkan vermir", - deyə kənd sakini Rafael Bayramov bildirib.
Tovuz Fövqəladə Hallar Komissiyasının sədri Mahir Həsənov sayta açıqlamasında selin Tovuz rayonun bütün dağ kəndlərini bərbad vəziyyətə qoyduğunu deyib. Daşqınlar hətta Günəbaxan kəndində bir sakinin evini də aparıb.
"Kəndlərdə vətəndaşlar tərəfindən tikilmiş bütün körpüləri sel aparıb. Amma dövlətin tikdiyi körpülər yerindədir. Bundan başqa, qaza, işığa, arteziana, suvarma sistemlərinə böyük ziyan dəyib. İşıq idarəsindən 8-10 dirəyi, bir neçə transformatoru sel aparıb. Kəndlərə dəyən ziyan tərəfimizdən araşdırılır. Həmin ərazidə aidiyyatı qurumlar işləyir".
Ötən gündən başlayan yağışlar nəticəsində Gədəbəy rayonunda insan ölümü də qeydə alınıb. 32 Gədəbəy sakini Osman Rzayev meşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb.
Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıda aşkar ediblər.
Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan vurub. Hələlik yerli sakinlər özləri fəsadları aradan qaldırmağa çalışırlar.
Sakinlərin təsərrüfatına da ciddi ziyan dəyib, mal-qara məhv olub.
Hazırda Gədəbəydə hava durumu normaldır, yağmursuzdur.

İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












