Sel zamanı dağılan avtomobil körpüsü yenidən qurulur - VİDEO

Qubada sel zamanı dağılan avtomobil körpüsü yenidən qurulur. Ağçay çayının üzərində inşa olunan nəqliyyat ötürücüsü Almazqazmalar kəndində yaşayan 400 nəfərdən çox sakinin rayon mərkəzinə gediş-gəlişini asanlaşdıracaq. İş icraçısı bildirib ki, körpünün tikinti işlərinin 90 faizi başa çatıb. Yeni körpünün uzunluğu 34, eni isə 7 metr olacaq. Hər iki tərəfdə piyadaların hərəkəti üçün səki nəzərdə tutulub. Körpünün sel sularına davam gətirməsi üçün qabaqlayıcı tədbirlər də görülüb. Yeni körpü sentyabr ayının sonralarına kimi istifadəyə veriləcək.
Almazqazmalar kənd sakini Təvəkkül Allahverdiyev bildirib ki, çay üzərində yeni körpü tikilməmişdən əvvəl sakinlər kəndin bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirdilər. Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. (AZƏRTAC)
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










