Səmada naməlum obyekt göründü – FOTO

Türkiyənin Antalya vilayətinin Kəmər rayonu ərazisində, səmada uçan naməlum obyekt görünüb. Avtosfer.az lent.az-a istinadən bildirir ki, hadisə aprelin 3-də baş verib. Kəmərdə istirahət edən Bilkənt Universitetinin fizika bölməsinin araşdırma laboratoriyalarının mütəxəssisi Murat Güre obyektin fotolarını çəkməyə nail olub. M.Güre aprelin 3-də otelin hovuz başında istirahət edərkən saat 18.30-da dəniz sahilindən təxminən 200-300 metr irəlidə, 300-400 metr yüksəklikdə bir cisim gördüklərini deyib. O, bir istiqamətə doğru sabit şəkildə hərəkət edən cismə əvvəlcə əhəmiyyət vermədiklərini, lakin bir qədər sonra həmin obyektin istiqaməti dəyişərək işıq saçmağa başladığını bildirib. M.Güre dərhal fotoaparatı götürərək həmin cismin fotolarını çəkdiyini söyləyib: "Ailəmlə hovuz başında oturarkən dənizin üzərində parlaq bir cisim gördük. Öncə şimala doğru hərəkət etdi. Balon olduğunu düşünüb əhəmiyyət vermədik. Lakin obyekt geri gəldi və havada sabit qalaraq işıq saçmağa başladı. Fotoaparatım yanımda idi və obyektin fotolarını çəkməyə başladım. Həvəskar səviyyədə astronomiya ilə maraqlanıram. Obyektin nə olduğunu müəyyən edə bilmədik".

İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
















