“Semaşko”da həkimlərə verilən bonuslardan tutulma edilir? – RƏSMİ AÇIQLAMA

Bir müddət əvvəl 1 saylı Klinik Tibbi Mərkəzin həkimləri onlara ödənilməli olan bonuslarla bağlı sosial şəbəkədə paylaşım etmişdilər.
Avtosfer.az xəbər verir ki, paylaşımda həkim qəbuluna göndəriş çekləri verildiyi qeyd edilir.Bu çeklərin üzərində “xidmətlər Zərfi ilə sizə göstərilən xidmətlər pulsuzdur. Sizə göstərilən 25 manat məbləğində tibbi xidmətin dəyərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisəsinə ödəyir”, - deyə mətn yer alıb. Həkimlər deyir ki, o çeklərin hər birindən həkimə 2 manat çatır, həmin 2 manatın da 30 qəpiyi hansısa səbəbdən tutulur.

Mövzu ilə əlaqədar İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən ixtisaslı həkimə aylıq vəzifə maaşı, sabit həvəsləndirici əlavə, digər ödənişlərdən başqa, iş günü həddinə görə bir pasiyentin müayinəsi üçün nəzərdə tutulmuş 25 manatın 8%-i həcmində bonus hesablanır:
“Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün gün ərzində 30 nəfər sığortaolunana görə bonus hesablanır. Ambulator şəraitdə terapiya və pediatriya ixtisasları, rentgen, mamoqrafiya və flüroqrafiya müayinəsi üzrə çalışan həkimlər üçün isə gün ərzində 35 nəfər sığortaolunana görə bonus hesablanır.

Həmçinin əlavə edək ki, həkim iş günü ərzində yalnız bir pasiyenti qəbul etmir. Ay ərzində həkimə müayinə etdiyi 300-700 arası pasiyent sayına görə bonus hesablanır. Beləliklə, ixtisaslı həkim ayın sonu aylıq vəzifə (tarif) maaşı (iş stajına görə 550-870 manat), 800 manat aylıq sabit həvəsləndirici əlavə, 300-700 pasiyentin müayinəsinə görə bonus və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.
Azərbaycan Respublikasının müvafiq məcəllə və qanunlarına əsasən muzdla çalışan işçilərin əməkhaqqından hər ay məcburi tutulmalar olur”.
Səfər
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










