Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolu yenidən qurulur - VİDEO

Ümumi uzunluğu 31 km olan Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolunda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən Avtosfer.az-a verilən məlumata görə, 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi eni 10 metrdən 12 metrə qədər genişləndirilib. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib. "Tikinti işləri çərçivəsində 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1.5 metr enində çiyinlər qurulub, 7 metr enində yol əsasının salınması işləri aparılır ki, bu işlər də yekunlaşır. Yol boyu 90% torpaq işi görülüb. Bu işlərdən sonra yolun asfaltlanmasına başlanılacaq. Ümumilikdə yolun 200 min kv. m-dən çox sahəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində yolboyu 29 ədəd 0,5 və 1,25 metr diametrində dəmir-beton suötürücü borular tikiləcək, zəruri olan yerlərdə 270 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, daha sonra yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Torpaq və çınqıl örtüklü olan yolla vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış aylarında müəyyən çətinliklər yaranırdı. Avtomobil yolunun yenidən qurulması ilə bu problemlər həll olunacaq", - deyə məlumatda qeyd edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












