Şənbə gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda sakit hava fonunda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












