Sənədsiz evlərə “kupça” veriləcək - YENİ QƏRAR

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bununla bağlı bir sıra normativ aktlar nəzərə alınmalıdır:
"Bu qanunda bir sıra normativ aktlar var. Kənd təsərrüfatı təyinatlı torpağın ümumi ölçüsü minimum 5 hektar olmalıdır və onun yalnız 1 faizində, yəni 500 kvadratmetrində tikinti işi aparmaq olar. Nəzərdə tutulmuş yerdə təkcə fərdi yaşayış evi deyil, müəyyən inzibati binalar, qonaqlama yerləri və bu kimi obyektlər də tikilə bilər. Digər yerdə qalan ərazilər isə yenə də kənd təsərrüfatı təyinatlı torpaq kimi qalacaq”.
Ekspert yeni qanunun daha öncə kənd təsərrüfatı təyinatı torpaqlarda tikilən evlərə aid edilməyəcəyini deyib:
"Bu qayda daha öncə kənd təsərrüfatı təyinatlı torpaqda tikilən evlərə şamil olunmayacaq. Həmin evlərin sənədləşdirilməsi ilə bağlı birmənalı olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir. Bu tətbiq olunmadıqca həmin yerlərdəki evlərə sənəd verilə bilməz. Çünki hər hansısa bir tikiliyə çıxarışın verilməsi üçün o tikilinin faktiki təyinatı ilə torpağın təyinatı eyniləşməlidir. Yəni həmin tikilinin yerləşdiyi torpağın təyinatı da dəyişdirilib tikinti təyinatına çevirilməlidir. Əks halda belə bir tikiliyə çıxarış verilə bilməz”.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










