Banner

Sənədsiz evlərə verilən çıxarışın rüsumu nə qədər olmalıdır? – Deputatdan AÇIQLAMA – SORĞU - VİDEO

Gündəm 15 Yanvar 2026 20:30
Sənədsiz evlərə verilən çıxarışın rüsumu nə qədər olmalıdır? – Deputatdan AÇIQLAMA – SORĞU - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən həftə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı mətbuata müsahibəsində bildirib ki, sənədsiz evlərə çıxarış əldə etmək istəyən vətəndaşların orta hesabla 3500-4000 manat arası xərci çıxır. O qeyd edib ki, Əgər torpağın yenidən alınması zərurəti yoxdursa və söhbət yalnız özbaşına tikilinin ilkin qeydiyyatının aparılmasından gedirsə, bu halda rüsum və xidmət haqları daha aşağı olur. Belə ki, texniki pasportun hazırlanması və çıxarışın alınması üçün ödənilən məbləğlər torpaq sahəsinin və tikilinin ölçüsündən asılı olaraq dəyişir.

Avtosfer.az ekspertin açıqlaması üzərindən paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşlar bildirir ki, nəinki sənədsiz evə, hətta sənədləri problemsiz olan evləri özəlləşdirməkdə belə çətinlik çəkirlər. Sorğumuzda iştirak edən şəhər sakinlərindən biri deyib ki, daha əvvəl çıxarış almaq istəyən şəxs 329 manat ödəyirdi, indi bu məbləğ artırılıb və 336 manat təşkil edir. Digər sakinin fikrincə, ümumiyyətlə, əhali üçün nəzərdə tutulan belə xidmətlərin rüsumları olduqca yüksəkdir. Pensiya yaşında olan biri üçün bu məbləğləri ödəmək olduqca çətindir.

Sorğuda səsləndirilən fikirlər və ekspertin müsahibəsi ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Avtosfer.az-a açıqlamasında bildirdi ki, çıxarış üçün xidmət haqlarının aşağı olması vətəndaşın vəziyyətini yüngülləşdirmək deməkdir:

“Amma söhbət burada özəlləşdirmə ilə bağlı qiymətlərdən gedirsə, həmin məbləğlər vətəndaşın vəziyyəti nəzərə alınaraq müəyyənləşdirilməlidir. Çünki mülkiyyət kağızının verilməsi evin özəlləşdirilməsi deməkdir. Ev mülkiyyyətə keçirilərkən müəyyən rüsum ödənilməlidir. Bundan başqa hansı xərc ödənə bilər? Bəlkə layihələndirmə ilə bağlı müəyyən xərc ortaya çıxa bilər. Bunu da, məncə, aşağı salmaq lazımdır. Çünki vətəndaş dövlətdən arzuladığı dəstəyi ala bilsin və bu məsələlər də öz həllini tapsın”.

Səfər

Oxunub 572
ŞƏRH YAZ
Ad

E-mail

Şərh