Sentyabrda “KamAZ” aşan yolda piyadalar təhlükədədir; “zebra” yoxdur - VİDEO

Məsələ ilə bağlı "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi"dən (AYNA) saytımıza bildirilib ki, silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də piyada keçidləri yenilənəcək.
***29 oktyabr, 18:30
Binəqədi rayonunda piyadaların hərəkəti ilə bağlı yaranan vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, Biləcəri qəsəbəsində yol infrastrukturu ilə bağlı çatışmazlıqlar piyadaların rahat hərəkətini məhdudlaşdırır. Məsələn, Rəşid İsmayılov küçəsində yolun bir hissəsində işıqfor quraşdırılıb və piyadalar həmin hissədən yarıyadək təhlükəsiz şəkildə keçə bilirlər. Lakin yolun digər hissəsində nə “zebra”, nə də işıqfor var. Nəticədə, piyadalar avtomobillərin arasından keçməyə məcbur qalır. Ərazi sakinlərinin sözlərinə görə, vəziyyət xüsusilə axşam saatlarında daha da təhlükəli olur. “Şamaxinka” istiqamətindən gələn avtomobillərə daim yaşıl işıq yandığı üçün sürücülər dayanmadan hərəkətlərini davam etdirir, bu isə piyadaların həyatını risk altına salır.
Bundan əlavə, həmin yolda avtobus dayanacağı yerləşsə də, vətəndaşların dayanacağa keçməsi üçün hansısa hissədə piyada keçidi mövcud deyil. Axşam saatlarında yük maşınlarının intensiv hərəkəti isə təhlükəni daha da artırır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tez bir zamanda tədbir görülməsini, ərazidə piyada keçidinin çəkilməsini tələb edirlər.
Fidan
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










