Separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz - İlham Əliyev

Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir.
Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.
“Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”, - dövlət başçısı qeyd edib.
Xarici avtomobillər üçün dizelin qiyməti artırdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir
Bakıda işıqforun üç işığı birdən yandı: Sürücülər ... - AÇIQLAMA - VİDEO
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI










