Sərhəddə qanunsuz mal aşkarlandı - FOTO

Gömrükçülər 1940 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn, Gürcüstan Respublikasının Bolnisi rayonunun Həsənxocalı kəndinin sakini Səfərov Afət Polad oğlunun idarə etdiyi “Mersedes Benz” sprinter markalı SS519OO dövlət nömrəli nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlamadan əvvəl nəqliyyat vasitəsinin sürücüsü Səfərov Afət Polad oğlu idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə şifahi olaraq sorğu-sual edilib.
Sürücü gömrükçülərə nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Ancaq nəqliyyat vasitəsi Skanlaşdırma Şöbəsinin HCVG rentgen yoxlama baxış sistemindən keçirilən zaman avtomobilin tavan hissəsində xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən 1940 qutu pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












