Sərhəddə yığılmış 8 mindən çox vaqonun boşaldılması ilə bağlı razılığa gəlinib

Daşkənddə “Qazaxıstan Temir Jolu” SC və “Özbəkistan Temir Yullari” SC-nin nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib.
Avtosfer.az “Rail-news.kz” saytına istinadla xəbər verir ki, nümayəndə heyətləri dörd gün ərzində “Özbəkistan Temir Yullari” SC-nin ayrı-ayrı istiqamətlərində və stansiyalarında yaranmış yüklənmə ilə bağlı məsələləri ətraflı şəkildə müzakirə ediblər.
Görüş zamanı 2025-ci ilin ilk on ayı üzrə daşımaların nəticələri qeyd olunub. Bildirilib ki, Qazaxıstan və Özbəkistan arasında yükdaşımanın həcmi 22,9 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çoxdur.
Kütləvi daşımaların başladığı mövsüm “Qazaxıstan Temir Jolu” SC üçün çətinliklər yaradıb. Sərhəddəki Sarıağaş dövlətlərarası qovşaq nöqtəsi (DQN) istiqamətində yüklə dolu səkkiz mindən çox vaqon toplanıb.
Özbəkistan tərəfi özəl vaqon parkının nəzərdə tutulan normanı təxminən altı min vaqon üstələyərək əhəmiyyətli dərəcədə artdığını bildirib. Artan vaqon axını səbəbindən çətinlik müşahidə olunan on dörd stansiya müəyyən edilib.
Qatar mübadiləsinin sabitləşdirilməsi üçün Özbəkistan tərəfi istiqamətlər üzrə müəyyən olunmuş həcm və yük nomenklaturasına əməl olunmasını, həmçinin vaqon axınlarının Sarıağaş dövlətlərarası qovşaq nöqtəsindən Oazis DQN-ə yenidən yönləndirilməsini təklif edib.
Bundan başqa, noyabrın əvvəlində tikintisinə başlanılan Ok Kuprik stansiyasında yeni dəmir yolu xətti istismara verilib. Yeni mərhələnin əsas hadisəsi Qazaxıstandan yeni xətlə ilk yük qatarının gəlməsi olub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












