Sərhəddə yollar buzdan təmizlənmir - FOTO

Şimal bölgəsində qarlı, şaxtalı hava şəraiti davam edir. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu dəfə şimal bölgəsində yağıntılardan çox, şaxta müşahidə edilir.
Bölgədə ən çox qar və şaxta yenə də Quba və Qusarın dağlıq ərazilərində qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı ərazi hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, indi Xınalıqda 42 sm qar var. Ən çox şaxta da 12 dərəcə olmaqla Xınalıqda müşahidə edilib. Qubanın Qrız kəndində isə 40 sm qar və 11 dərəcəyə yaxın şaxta qeydə alınıb. Quba və Qusarın rayon mərkəzlərində isə qarın hündürlüyü 1-3 sm arasında, şaxta isə 2-4 dərəcə arasında olub. Quba-Qusarın avtomobil yolları buz bağlayıb.
Qusardan Rusiya sərhədi istiqamətində gedən yolların buz bağlamasına baxmayaraq ilk qar yağdığı zaman olduğu kimi bu dəfə də yollara qum-duz tökülmür. Məsələ ilə bağlı Azəryolservis Səhmdar Cəmiyyətinin Qusardakı 4 saylı yol istismar idarəsindən ANS PRESS-ə bildirilib ki, qurum hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə çalışır və əsas yolları diqqətdə saxlayır.
Qusar 4 saylı yol istismar idarəsinin (Yİİ) baş mühəndisi Sabit Rəhimov Qusar-Quba yolunun buz bağladığını, lakin sonra aparılan işlər nəticəsində açıldığını bildirib. "Qusardan Şahdağa gedən yol buz içində idi. Lazımi qədər qum duz tökmüşük. Ehtiyatımızda hələ 60 ton duzumuz və 200 tondan cox qumumuz var".
Yİİ-dən həmçinin məlumat verildi ki, Rusiya sərhədinə aparan yol yaxın zamanda xüsusi nəzarətə götürüləcək və təmizlənəcək.
Bölgədə avtomobil yollarına ciddi nəzarət olunur, hələlik qaz və enerji sarıdan ciddi problemlər yaranmadığı bildirilir. Qarlı-şaxtalı hava şəraiti yanvarın 27-si gündüz saatlarınadək davam edəcək.




Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək










