Sərhədyanı rayonlarda əməliyyat keçirib: 35 nəfər tutulub

Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 13-dən 19-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn hərəkətlərin qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub. Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 35 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 14, Gürcüstan Respublikası tərəfindən axtarılan 1 nəfər, dövlətə borclu qismində axtarılan 66 nəfər saxlanılıb, itkin düşmüş hesab edilən 2 nəfər tapılaraq ailələrinə təhvil verilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 8 avtomat silahı, 6 tapança, 87 yivli və yivsiz tüfəng, 34 əl qumbarası, 30 ədəd silah sandıqçaları, 23 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 partlayıcı maddə, 1 qumbaraatan və 6120 müxtəlif çaplı patron götürülüb, narkotiklərlə əlaqədar 4 fakt aşkar olunub. Bundan başqa, tədbirlər zamanı Balakən rayonunda 8, Quba rayonunda 4, Qəbələ rayonunda 3, Xaçmaz rayonunda 2, Şəki rayonunda 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və digər cinayətlərin açılması təmin edilib. Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.
Emin
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...
SEPAH-ın region ölkələrinə niyə raket atır? – Politoloq səbəbləri AÇIQLADI
Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı - FOTOSESSİYA










