Serjin vertolyotunu vurmaq istədilər - FOTO

Qeyri-qanuni yollarla əldə edilmiş "İqla" zenit-raket kompleksinin köməyi ilə Ermənistanda yüksək vəzifəli şəxslərin olduğu vertolyotu vuraraq partlatmaq planlaşdırılıbmış. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, bu məlumatı "Haykakan jamanak" erməni qəzeti yayıb. Siyasi və hüquq-mühafizə orqanları dairələrində dolaşan məlumatlara görə, Ermənistan Təhlükəsizlik xidmətinin əlində olan səs yazılarına görə, Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan "İqla" ZRK-nin alınması və Ermənistana çatdırılması ilə bağlı danışıqlar aparıb. Qəzet yazır ki, MTX-nin məlumatlarına əsasən, zenit-raket kompleksinin köməyi ilə Ermənistan prezidentinin və digər yüksək vəzifəli şəxslərin olduğu vertolyota zərbənin endirilməsi bəzərdə tutulubmuş. Xatırladaq ki, srağagün S.Babayan Yerevanda Gürcüstandan ölkəyə "İqla" ZRK-nin çatdırılması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Yerli KİV ehtimal edir ki, S.Babayan Ermənistanın iki keçmiş və hazırki prezidentlərinə qarşı cinayətkar əməllər planlaşdıran silahlı qruplaşma yaradılmasında ittiham oluna bilər.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












