Sərnişin avtobusunda bunu etməyin! - Fotonuzu hər yerə yapışdıracaqlar

Hər gün istifadə etdiyimiz nəqliyyat vasitələrində müxtəlif problemlərlə qarşılaşırıq. İctimai nəqliyyatı zibilləyən, asayişi pozan insanları görürük. Avtosfer.az metbuat.az-a istinadən xəbər verir ki, ictimai nəqliyyatlarda özünü apara bilməyənlərə qarşı tədbirlər görüləcək. "BakuBus" MMC artıq tədbirlərə başlayıb. Bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məsələ ilə bağlı bunları deyib: “Bizim avtobuslarda videokameralar var, burda baş verən hər hansı qanun pozuntusu dərhal aiddiyəti orqanlara çatdırılır. Təəssüflər olsun ki, bəzi sərnişinlər oturacaqlara ziyan verir, saqqız yapışdırır, məişət tullantılarını avtobusda qoyub düşürlər. Biz belə hallara rast gəlmişik. Bir neçə dəfə asayişi pozan insanların şəkillərini paylaşmışıq. Beləcə, ictimai qınaq yarandığı üçün neqativ halların sayında azalma görürük. Gələcəkdə bu kimi halların yaşanmaması, sərnişinlərin ictimai nəqliyyatlarda qaydalara əməl etmələri ilə bağlı nəzarəti formalaşdırmaq üçün tədbirlər keçirəcəyik”.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












