Sərnişin avtobusunda tibb bacısına təcavüz etdilər - "Səni çoxdan izləyirəm"

8 Mart - Qadınlar günündə Ankarada bir tibb bacısı avtobusda təcavüzə uğrayıb. Yer dəyişdirməsinə rəğmən təcavüzdən xilas ola bilməyən N.A.-nı hadisəyə müdaxilə edən bir polis xilas edib. Ankarada özəl klinikada tibb bacısı olaraq çalışan N.A. səhər saatlarında işə getmək üçün sərnişin avtobusuna minib. N.A. avtobusda yer olmadığı üçün ayaq üstdə qalmalı olub. Avtosfer.az milli.az–a istinadən xəbər verir ki, avtobusa bir neçə dayanacaq sonra Ö.Y. adlı şəxs minib. N.A.-nın dayandığı yerə doğru yaxınlaşıb və tibb bacısının arxa tərəfinə keçərək dayanıb. Sonra N.A.-ya təcavüz etməyə başlayıb. N.A. yer dəyişdirib, ancaq Ö.Y. yenidən arxasınca gedərək təcavüzə davam edib. Avtobusda olan bir "gizli" polis, vəziyyəti fərq edərək Ö.Y.-yə istəyini yerinə yetirməyə mane olub. Avtobusu polis bölməsinin qarşısında saxlatdırıb. Məlum olaya görə, əsəbləri pozulan N.A. şikayət edib və Ö.Y. nəzarətə alınıb. Həmin gün Ankara Prokurorluğuna aparılan Ö.Y.-nın sorğusunun ardından barəsində həbs tələbi qaldırılıb. Ö.Y. "zorlama" iddiası ilə həbs olunaraq Sincan Həbsxanasına göndərilib. Başına gələn xoşagəlməz təcavüz olayını detallarıyla polisə izah edən tibb bacısı N.A.: "Avtobusda olan polis məmuru, olaya müdaxilə edərək "Bəsdir, dur artıq, səni uzun müddətdir təqib edirəm, qadınlara təcavüz edirsən" - deyib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












