Sərnişin elektrik qatarı yolda qaldı - 150 sərnişin geri qaytarıldı

Bu gün saat 10:00-da Sumqayıt - Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarında problem yaranıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un hadisə yerinə olan müxbirinin məlumatına görə, qatarın hərəkəti Ceyranbatan qəsəbəsi yaxınlığında dayanıb.
Qatarın maşinisti sərnişin elektrik qatarının texniki səbəbdən yolda qaldığını, daha doğrusu, güclü külək nəticəsində gərginliyin olmadığını deyib.
***
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov hadisə ilə bağlı bildirib ki, Sumqayıtdan Bakıya hərəkət edən qatar Ceyranbatan qəsəbəsinə yaxın ərazidə hərəkətini dayandırmalı olub. "Güclü külək nəticəsində elektrik dirəyi aşaraq relslərin üzərinə düşüb. Bizim bərpa qatarımız və texniki işçilərimiz artıq hadisə yerinə yollanıblar. Bakıya doğru hərəkət edən qatar Sumqayıt Sərnişin Stansiyasına geri qayıtmalı olub. Stansiyada 150 sərnişin var və onlara əldə etdikəri biletin dəyəri geri qaytarılır", - deyə N.Əzməmmədov əlavə edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












