Sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərib

Wizz Air aviaşirkətinin sərnişinləri London istiqamətində hərəkət edən təyyarənin bortundakı qəza çıxışı qapısını açmağa cəhd göstərən kişini tutaraq zərərsizləşdiriblər. Londonun Luton hava limanına gələn polis əməkdaşları "dağıdıcı ruhlu sərnişinlə" baglı insidenti aydınlaşdırmağa çalışıblar. A320 təyyarəsi Polşadan Londona hərəkət edirmiş. Avtosfer.az xəbər verir ki, şahidlərdən birinin BBC-yə verdiyi açıqlamaya görə, kişi qapını digər sərnişinlərin onu döşəməyə yıxması səbəbilə aça bilməyib. Kişi təyyarəyə və sərnişinlərin həyatına təhlükə yaratmaqda şübhəli bilinərək həbs olunub.
Sərnişinlər "xuliqanın üstünə oturublar"
Təyyarənin enməsinə yarım saat qalmış qabaq hissəsində oturan sərnişinlərdən biri laynerin gövdəsinin mərkəzi hissəsində, qəza çıxışının yanında oturan bir xanımın yanına gələrək orada oturub. Bu barədə həmin reyslə uçan David Salon danışıb: "Qəfildən qapının üstünə qaçan sərnişin onu açmağa cəhd göstərdi. Qadın dəhşət içindəydi. Xoşbəxtlikdən yaxınlıqda Polşadan olan 3 nəfər cüssəli oğlan oturmuşdu. Onlar digər sərnişinlərlə birgə onu döşəməyə yıxaraq üstündə oturdular".
Təyyarə heyəti daha sonra təhlükəsizlik kəməri ilə xuliqanın əllərini bağlayıblar. Salon-un sözlərinə görə, 20 yaşlı xuliqan Polşa vətəndaşı olub. Salon, sərnişinləri təyyarə qədər aparan avtobusda da gəncin özünü qəribə apardığını söyləyib. Təyyarə enən zaman polis şübhəlini aparmayana qədər sərinişinlərdən təyyarəni tərk etməmək xahiş olunub.
Bedfordshire polisi yüngül xəsarət alan xuliqanın əvvəlcə xəstəxanaya aparıldığını, daha sonra isə sorğu-sual edildiyini təsdiqləyib.
Wizz Air şirkəti baş verən insidenti təsdiqləyərək sərnişinin "ram edilməyən və çılğın" olduğunu bildirib.
"Wizz Air uçuş təhlükəsizliyini təmin etmək üçün standart prosesə riayət edib. Təyyarə endikdən sonra sərnişin səlahiyyətli orqanlara təhvil verilib", - deyə şirkətin mətbuat katibi bildirib. Mütəxəssislərin sözlərinə görə, uçuş yüksəkliyində olan zaman təyyarənin qapısını açmaq texniki cəhətdən mümkün deyil, lakin bu cür cəhdlər dünyada müntəzəm həyata keçirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












