Sərnişin taksi sürücüsünü öldürdü

Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlı taksi sürücüsü Elşən İsayev qətlə yetirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə martın 26-dan 27-nə keçən gecə baş verib. Taksiyə əyləşən sərnişin sürücünü boğazından bıçaqlayaraq hadisə yerindən qaçıb. Azərbaycanlı sürücü aldığı ciddi yaradan xəstəxanada dünyasını dəyişib. Cinayətkar hadisə yerində sənəd qabını unudub. Polis əməkdaşları sərnişin oturacağında qatilin yaxın zamanlarda həbsxanadan çıxdığını göstərən sənəd aşkarlayıblar. Taksi sürücüsünün qətli ilə bağlı cinayət işi açılıb. Hazırda İstintaq Komitəsinin müstəntiqləri polis əməkdaşları ilə birlikdə cinayət törətmiş şəxsi müəyyənləşdirmək məqsədilə kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Qeyd edək ki, mərhum Elşən İsayevin iki qızı var. Onlar anaları ilə birlikdə tezliklə Azərbaycana qayıdacaqlar.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












