Sərnişin təyyarələrini quşlardan qorumağın ÇARƏSİ

Cənubi Koreya sərnişin təyyarələrinin quşlarla toqquşmasının qarşısını almaqdan ötrü tədbirlər görəcək.
Avtosfer.az İHA agentliyinə istinadla xəbər verir ki, "Boeing 737" təyyarəsinin Cənubi Koreyanın Muan hava limanında quşlarla toqquşaraq qəzaya uğramasından sonra belə bir qərar alınıb.
Cənubi Koreyanın Ərazi, İnfrastruktur və Nəqliyyat Nazirliyi bu məqsədlə ölkə ərazisindəki bütün 15 hava limanında termal görüntüləmə kameraları və radar sistemləri quracaq. Hazırda ölkədə yalnız üç aeroportda bu cür kameralar və sistemlər mövcuddur.
Həmçinin "Incheon" və "Jeyu" hava limanlarında quşları qorxutmaq üçün səs və ultrasəs dalğalar yayan cihazların istifadəsi genişləndiriləcək. Təyyarələrə erkən xəbərdarlıq etmək üçün bütün aeroportlarda quş aşkarlayan radarlar quraşdırılacaq. Hava limanlarında quşlarla toqquşmaların qarşısının alınması üçün ayrılan şəxsi heyətin sayı artırılacaq.
Xatırladaq ki, 2024-cü il dekabrın 29-da Banqkokdan uçan "Jeju Air" aviaşirkətinin "Boeing 737" təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğraması nəticəsində 179 nəfər həlak olub. Eniş zamanı layner uçuş-eniş zolağından kənara çıxıb və beton hasara çırpılıb, daha sonra partlayıb. Hava gəmisi demək olar ki, tamamilə məhv olub. Qəzanın ilkin səbəbi kimi quşlarla toqquşma nəticəsində şassi sisteminin sıradan çıxması göstərilib.(oxu.az)
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?










