Sərnişin təyyarəyə civə keçirib - 6 istiqamətə uçuş təxirə salınıb

Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, buna səbəb aeroportda civə axıntısı olub. Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər. Aeroportun mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 6 uçuş təxirə salınıb. Onlardan 3-ü daxili, 3-ü isə beynəlxaq reysdir: "Almatı-Tbilisi istiqamətinə uçan "Aer Astan" hava şirkətinə məxsus təyyarənin sərnişinlərinin üzərində keçirilən şəxsi yoxlama zamanı bir nəfərdə civə aşkarlanıb. Hava limanının əməkdaşları uçuşun təhlükəsizliyi baxımından ondan mayeni təhvil verməsini istəyiblər. O isə heç bir xəbərdarlıq etmədən həmin mayeni zibil qutusuna atıb, maye axmağa başlayıb. Ona görə də sərnişinlər təxliyə edilib. Hazırda hava limanının iş rejimi bərpa olunub".
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












