Sərnişin və yükdaşımada sadələşdirilmiş verginin əhatə dairəsi genişlənir

Bu gün Milli Məclisin payız sessiyasının son plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Avtosfer.az xəbər verir ki, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanuna dəyişikliklərlə bağlı məlumat verib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinin 221.4.3-cü maddəsində hər iki halda "icarə müqaviləsi" sözləri "icarə və ya digər əşya hüquqlarına dair müqavilə" sözləri ilə əvəz edilməsi təklif edilir. Bununla da, vəkalətnamə (etibarnamə) və icarə müqaviləsi ilə yanaşı, digər əşya hüquqlarına dair müqavilə əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır.
Bundan başqa, "İcbari sığortalar haqqında", "Notariat haqqında", “Yol hərəkəti haqqında" və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə məlumat verilib. Bildirilib ki, bu qanunlarda dəyişiklik “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Layihələr səsə qoyularaq qəbul edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












