Sərnişindən 595 qram kalium permanqanat aşkar olunub - FOTO

Astana-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükü "X-Ray" baxış-rentgen texnikası vasitəsilə gömrük nəzarətindən keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edildiyindən və yükün sahibinin hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan həmin şəxsin əl yükünə təkrar gömrük baxışı keçirilib.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı yoxlama zamanı tünd boz rəngli çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, 2 ədəd karton qutularda qablaşdırılan, üzərində kiril əlifbası ilə "Kaliya Permanqanat" sözləri yazılan hər biri 5 qramlıq 119 ədəd plastik qablar aşkar olunub.
Aşkar edilən maddə fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Mərkəzin təqdim etdiyi ekspert arayışına əsasən 2 ədəd karton qutuda ümumi 119 ədəd plastik qabda, üzərində "Kalium Permanqanat" - 5 qram yazıları olan qara rəngli parıltılı, kristalik formada maddə bir ədəd plastik qabda təmiz çəkisi 5,0 qram və ümumi 119 ədəd plastik qabda ümumi təmiz çəkisi 595,0 qram maddə kalium permanqanatdır (prekursor). Kalium permanqanat "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı"nın IV siyahısıına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ













