Sərnişinlər bu marşrut avtobuslarının fəaliyyətindən narazıdır - VİDEO

Sərnişinlər metronun "28 May" stansiyasından Hövsan istiqamətində işləyən marşrut avtobuslarından narazılıq edirlər.
Avtosfer.az xəbər verir ki, 120 və 120E nömrəli "BakuBus" avtobuslarından mütəmadi istifadə edən sərnişinlər deyirlər ki, ilk və son dayanacaqları çıxmaq şərtilə, günün pik saatlarında digər dayanacaqlarda həmin avtobuslara minmək olmur. Sözügedən marşrut avtobusları eyni istiqamətlərdə hərəkət etsələr də, hər ikisində oxşar problemlər yaşanır. Üstəlik, bu hal sürücüləri də narahat edir. Onlar deyirlər ki, demək olar, hər gün sərnişinlərlə problem yaşanır. Lakin sürücülər bu vəziyyətin yaranmasında günahın yarısını elə öz həmkarlarında görürlər. Sərnişinlərin digər bir narazılığı 120 nömrəli avtobsdada gedişhaqqının 60 qəpik olduğu halda, 120E-də bunun 80 qəpik olması ilə əlaqədardır. Şikayətlərlə bağlı "BakuBus" MMC-dən qeyd edildi ki, yüksək sürət və az dayanacaq sayı ilə uzun məsafələrə səfər üçün nəzərdə tutulan marşrut xətlərində gedişhaqqı təqdim olunan xidmətə uyğun təyin edilir. İnterval məsələsinə gəlincə, qeyd edilib ki, 120E nömrəli marşrut 16 dəqiqə intervalla fəlaiyyət göstərir:
"Ümumilikdə 10 ədəd avtobus hərəkət edir. 120 isə 7-8 dəqiqə intervalla 20 avtobusla fəaliyyətdədir. Günün pik saatlaırnda marşrut xətlərinin hərəkət sxemində olan sıxlıq səbəbilə bu interval vaxtı uzana bilər”.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı tapşırıq verilib. Qeyd edilib ki, müntəzəm avtobus marşrutlarından fərqli olaraq ekspres avtobuslarda gediş haqqı daşıyıcı tərəfindən təyin edilə bilir.
Daha ətraflı videomaterialda.
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək










