Qadın sərnişinlərə qarşı əxlaqsızlıq edən 10 taksi sürücüsü saxlanıldı - DİN-dən əməliyyat - VİDEO

Bakıda “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, eləcə də əxlaqsız təklif etmələri barədə daxil olan məlumatlar əsasında Bakı Şəhər Baş Polis İdarəsi, Nəsimi, Binəqədi, Qaradağ, Sabunçu, Nizami, Yasamal və Xətai Rayon Polis İdarələrində silsilə əməliyyatlar həyata keçirilib. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən xəbər verilib.
Qeyd olunan əməlləri törədən həmin şirkətlərin sürücüləri - Əlibala Məmmədli, Xəyal Quliyev, Hafiz Rəcəbli, Kamil Abbasov, Abdulağa Mustafayev, İlkin Həkimov, Elçin Abdullayev, Timur Hacıyev, Həsən İsmayılov və Xəyal Atakişiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı bu sürücülərdən bir neçəsinin taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrdən istifadə etdikləri də müəyyən edilib. Qeyd edilən hüquqpozmalara yol vermiş 10 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası










