Sərnişinlərin diqqətinə! - Bayramla əlaqədar nəqliyyatda dəyişiklik

Novruz Bayramı ilə əlaqədar Azərbaycan Dəmir Yollarında növbəli iş rejimi tətbiq ediləcək. Avtosfer.az xəbər verir ki, istirahət günlərində sərnişin sıxlığının yaranmaması üçün əlavə 20 vaqon hazır vəziyyətə gətirilir. Vaqonlar sərnişinlərin sayına uyğun olaraq artırılıb-azaldıla bilər. Sərnişinlər biletləri istənilən vaxt 10 gün əvvəldən online formada ala bilərlər. İstirahət günlərində Azərbaycan Dəmir Yolları ilə bərabər Bakı Beynəlxalq Avtovağzalı da gücləndirilmiş iş rejiminə keçir.Bakı Beynəlxalq Avtovağzalı martın 15-dən etibarən tətil günlərinin sonuna qədər iş qrafikində dəyişiklik ediləcək. Bayram günlərində sərnişinlərin sayı artdığı üçün xəttə 700 avtobus buraxılacaq. 200-250 avtobus isə ehtiyat üçün saxlanılacaq. Hər il olduğu kimi şimal rayonları və Naxçıvan Muxtar Respublikası istiqamətində sərnişinlərin daha çox olacağı gözlənilir. Sərnişinlər biletləri 10 gün əvvəldən online yolla və həmçinin səfərə çıxmazdan əvvəl kassadan əldə edə bilərlər.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










