Sərnişinlərin diqqətinə! - Bu avtobus marşrutu ləğv edildi

Yol verdiyi qayda pozuntuları və mütəmadi nöqsanlara görə Bakıda avtobus marşrutlarından birinin fəaliyyəti dayandırılıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a verilən məlumata görə, marşrut xətlərində sürücülər tərəfindən "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın ciddi şəkildə pozulması hallarına son qoyulması ilə əlaqədar, mütəmadi olaraq marşrut xətlərinin müvəqqəti istifadəçilərinə xəbərdarlıqlar edilməsinə baxmayaraq qayda pozuntuları hələ də təkrarlanır.
Son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Belə ki, cari ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurub və nəticədə 1 piyada vəfat edib: "Qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı marşrut xəttinin fəaliyyəti 01 aprel 2016-cı il tarixindən etibarən dayandırılacaq".
Bundan əlavə, Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq 3 saylı marşrut xəttində də dəyişikliklər edilib: "Belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti 01 aprel 2016-cı il tarixindən etibarən "Şəhidlər Xiyabanı" - Badamdar şossesi - Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək".
Elmin
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












