Narazılığa səbəb olan TAKSİ ŞİRKƏTLƏRİ: Qumarbaz, narkoman, məhkumlar...

Son zamanlar BOLT taksi şirkətinin xidmətindən istifadə edən əksər sərnişinlər xidmətdən narazılıq edirlər. Belə ki, bəzi sürücülər ya narkotik vasitənin təsiri altında avtomobil idarə edir və ya sərnişinə qarşı kobud davranışlar edirlər. Əksər sərnişinlər isə taksi sürücüsünün proqramda göstərilən məbləğdən artıq vəsait tələb etməsindən narazıdırlar.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlama verib. O, bildirib ki, qeyd olunan narazılıqlar bir çox taksi şirkətlərinin xidmətində mövcuddur:
“Bu problemlər onu deməyə əsas verir ki, taksi xidməti sahəsində çox ciddi dəyişikliklərə ehtiyac var. Çünki narazılıq təkcə “Bolt” deyil, əksər taksi şirkətlərinin fəaliyyətində müşahidə olunur. Sürücünün sərxoş, narkoman və ya psixoloji problemli olması taksi şirkətlərinə maraqlı deyil.
Ciddi qayda-qanun yaradılmalıdır. Çünki mövzu xidmət sahəsi ilə bağlıdır. Xidmət sahəsi bütün hallarda qaydalara uyğun fəaliyyət göstərməlidir.
Digər problem şirkətlərin sürücüləri istismar etməsidir.
Şirkət sadəcə bir zənglə sürücünü əməkdaşlığa cəlb edir. Həmin sürücü isə ancaq pul qazanmaq barədə düşünür. Taksi sürücüsü kimi işləyən əksər vətəndaşlar peşəkar deyil. Qumarda uduzan, külli miqdarda borcu olan, öz işindən çıxandan sonra işsiz qalmaq istəməyən əksər vətəndaşlar taksi şirkətləri ilə əməkdaşlıq edir. Keçmiş məhkumlar var ki, hansısa müəssisədə iş tapa bilmirlər və taksi sürücüsü işləyirlər. Halbuki taksidə normal xidmət səviyyəsi olmalıdır. Taksi sahəsində boşluqlar var və şirkətlər bu vəziyyətdən sui-istifadə edirlər. Bir müddət öncə vahid taksi konsepsiyası gündəmə gətirilsə də, aktuallığı qorunub saxlanmadı. Əgər vahid taksi konsepsiyası tətbiq olunarsa, həm sürücülərin tibbi sağlamlığı yoxlanar, həm sərnişinlər xidmətdən normal şəkildə istifadə edə bilər, həm də taksi şirkətləri sui-istifadə hallarına yol verə bilməz. Ümid edirəm ki, sözügedən konsepsiya qısa zamanda tətbiq olunacaq”.
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ










