Sərnişinlərin NƏZƏRİNƏ: Avtobuslarda yeni sistem tətbiq edilə bilər...

Bakıda ictimai nəqliyyatda üz tanıma sisteminin tətbiqi ilə bağlı müzakirələr gündəmə gəlib. Maraqlıdır, metroda tətbiq edilən üz tanıma sistemi avtobuslara texniki baxımdan nə dərəcədə uyğun ola bilər?
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu sistem metroya aid deyil və hazırda daha vacib işlərin görülməsi lazımdır.
Ekspertin sözlərinə görə, 58 illik metronun fəaliyyəti üçün əsas prioritetlər yeni xətlərin çəkilməsi, mövcud xətlərin genişləndirilməsi, deponun tikilməsi və intervalların azaldılmasıdır:
“Hazırda Dərnəgül deposunun tikintisi, Xocahəsən deposunun ikinci mərhələsinin təkmilləşdirilməsi, elektrik yarımstansiyalarının inşası, rabitə və siqnalizasiya xidmətinin yenilənməsi, həmçinin uzun illər istismarda olan tunellərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Gözlənilir ki, yeni xətlərin tikintisinə gələn ilin sonunda başlanılacaq və layihə 2030-cu ildə tamamlanacaq”, – deyə Ağamirzəyev bildirib.
O, əlavə edib ki, ictimai nəqliyyatda daha aktual məsələlərdən biri Brutto müqavilə modelinə keçiddir.
“Bu sistem həm avtobusların, həm də metronun hər kilometrə görə subsidiya olunmasını, eyni zamanda sərnişinlər üçün müxtəlif bilet paketlərinin təklif edilməsini nəzərdə tutur. Hazırda “BakıKart” və QR bilet sistemi fəaliyyət göstərir. Brutto müqavilələrin tətbiqi ilə paralel olaraq, müxtəlif bilet paketlərinin formalaşdırılması, həmçinin bank kartları ilə ödəniş imkanlarının sürətləndirilməsi vacibdir. MasterCard və Visa kartları ilə yanaşı, Google Pay və Apple Pay kimi ödəniş sistemlərinin də tətbiqinə ehtiyac var.
Üz tanıma bu gün üçün o qədər də vacib element deyil. Onu çox az sayda ölkələr tətbiq edir. Əsas diqqəti metro və avtobuslarda mövcud problemlərin həllinə yönəltməliyik,” – deyə ekspert bildirib.(konkret.az)
Tıxac işə gecikmək üçün üzrlü səbəbdirmi? – EKSPERT RƏYİ
Azərbaycanda yanacaq balansı dəyişir - "Regionu biz təmin edirik"
Piyadalar ən çox gecə saatları vurulur...
Bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA











