Sərnişinlərin nəzərinə: Avtobusların hərəkət trayektoriyası dəyişib XƏRİTƏ

Bu gün Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Avtosfer.az-ın Bakı Nəqliyyat Agentliyindən əldə etdiyi məlumata görə, buna səbəb Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasiminə hazırlıq işlərində iştirak edən könüllülərin, texniki personalın və digər şəxslərin ictimai nəqliyyatdan rahat istifadəsini təmin etməkdir. Artıq bununla bağlı Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olan marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib. Məlumat üçün onu da qeyd edək ki, 2 və 96 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilərək Bakı Atıcılıq Mərkəzinə qədər uzadılıb. Məqsəd IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar burada keçiriləcək yarışlarda iştirak edəcək tamaşaçıların, könüllülərin və işçi qüvvəsinin ictimai nəqliyyatla rahat gediş-gəlişini təmin etməkdir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













