Şərqi Çində yanan İranın neft tankeri bata bilər

Yanvarın 6-da Çinin şərq sahilində Honqkonq Xüsusi İnzibati Ərazisinin “CF Crystal” quru yük gəmisi ilə toqquşaraq yanan İran şirkətinə məxsus “Sanchi” neft tankeri partlaya və bata bilər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə CCTV məlumat yayıb. Toqquşma nəticəsində tankerin 32 ekipaj üzvünün hamısı itkin düşüb, onların axtarışı davam etdirilir. Hazırda yalnız bir dənizçinin meyiti tapılıb. Ekipaj üzvlərinin 30 nəfəri İran, 2 nəfəri isə Banqladeş vətəndaşı olub. Honkonq gəmisinin göyərtəsində isə 21 ekipaj üzvü olub və onların hamısı xilas edilib. Çin hadisə baş verən əraziyə 4 xilasetmə gəmisi və neft dağılmalarının ləğvi üçün 3 gəmi, Cənubi Koreya itkin düşənlərin axtarışı üçün gəmi və helikopter göndərib. Daha sonra axtarışlara ABŞ-ın hərbi-dəniz qüvvələri qoşulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












