Sərt hava səbəbindən məktəblər bağlanacaq

Bu gündən başlayaraq Rumıniya ərazisində hökm sürəcək hava şəraiti ölkənin təhsil müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərəcək. "Report"un Şərqi Avopa bürosu xəbər verir ki, paytaxt Buxarest də daxil olmaqla, ölkənin cənub rayonlarında güclü külək və qar yağacaq. Buxarest şəhər meri Qabriela Firea keçirdiyi mətbuat konfransında bildirib ki, küləkli və şaxtalı hava səbəbindən paytaxt da daxil olmaqla, bir sıra rayonlarda 26-27 fevral tarixlərində məktəblər bağlanacaq. Temperatur normalda ilin bu vaxtı ilə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Kürəyin sürətinin saatda 55-65 kilometr olacağı gözlənilir. Öz növbəsində Bolqarıstan və Rumıniya Xarici İşlər nazirlikləri də bəyanat yayaraq, güclü külək, çovğun və şaxtalı hava şəraiti səbəbindən vətəndaşları bu ərəfədə Balkan ölkələrinə səfər etməkdən çəkindiriblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












