“Şərur İnşaat” səkini zəbt edib “pullu parkinq” yaratdı - Günü 1 MANATDAN - VİDEO

Xırdalan şəhəri Hikmət Aslanov küçəsində piyadalar üçün ayrılmış səki “Şərur İnşaat” tikinti şirkəti tərəfindən mənimsənilib.
Mövcud problemlə əlaqədar sözügedən şirkətə məxsus “Jasmine Park” kompleksinin sakinləri Avtosfer.az-a müraciət ediblər. Onlar bildiriblər ki, MTK bir neçə gün öncə yaşadıqları binanın arxasında olan ümumi istifadə üçün nəzərdə tutulmuş ərazini zəbt edib və “fürsət”dən yararlanaraq səkini ödənişli parkinqə çevirib. Görüntüdən də aydın olduğu kimi, səkidə xətlər çəkilib və maneələr qoyulub. Hətta artıq “parkinq”dən istifadə edən sürücülər də var.
Qeyd edək ki, kompleksin sakinləri tikinti şirkətinin hələ də yeraltı dayanacağı düzəltmədiyini və avtomobillərini park edərkən çətinlik çəkdiklərini bildiriblər. Bir sözlə, şirkət yeraltı parkinqi salmaq əvəzinə, dövlətə məxsus olan əraziləri özəl mülkünə çevirərək əlavə gəlir əldə etməyə çalışır. Üstəlik şirkətin ərazi üzrə nümayəndəsi narazılığını dilə gətirən vətəndaşlara "Get kimə istəyirsən şikayət et!" deməkdən çəkinməyib.
Ümid edirik ki, sakinlərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran şirkətlə bağlı aidiyyəti qurumlar qanunamüvafiq tədbir görərək ərazidəki özbaşınalığa son qoyacaqlar.
Problemlə bağlı Fövqəladə Hallar Nazirliyi Avtosfer.az-ın sorğusunu cavablayıb. Nazirlik qeyd edib ki, bu məsələ onların səlahiyyətində deyil.
Nərmin
"Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır" - AÇIQLAMA
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO
Hər gün yanından keçirik, amma görmürük — Uşaqları belə "zəhərləyirlər"
509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış
Baş nazir post usual altında olan Stramer Çinə niyə getdi? – Politoloq səbəbləri AÇIQLADI - FOTO
Siqaret çəkənləri hansı cərimələr gözləyir? - MƏBLƏĞLƏR
Prezidenti aeroportda simvolik içki ilə qarşıladılar - VİDEO
İlham Əliyev Əbu-Dabidə BƏƏ prezidenti ilə görüşdü - FOTOLAR
Temperatur aşağı düşəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov danışdı
Bakıda tıxacları aradan qaldıracaq YENİ TƏKLİF











