“Şərur” MTK-dan şikayətçiyə CAVAB: “İsfəndiyar onu öz hesabına yarışa göndərib...”

“Biz heç kimin evini əlindən almırıq. Sadəcə sözügedən şəxs cəriməni ödəməlidir ki, ödənişlərə davam edə bilsin. İstəmirsə, gəlsin müqavilədən imtina etsin. O zaman ödədiyi pul geri qaytarılacaq”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Şərur” MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bunu sosial şəbəkədə “Şərur” MTK evimi əlimdən alır” deyə paylaşım edən narkomaniya üzrə ekspert Emil Maqalovun şikayəti barədə TodayPress-ə danışarkən deyib.
T.İsmayılovanın sözlərinə görə, Emil Maqalov evi alanda müqavilə şərtlərində qeyd olunanlarla razılaşıb:
“O zaman sistem yox idi, indi sistem var və 60 gündən çox gecikmə varsa, sistem ödənişi qəbul etmir. Müqavilədə də göstərilir ki, əgər 2 aydan çox gecikmə varsa, müqavilə birtərəfli qaydada ləğv olunur. Gedib ev alırlar, 5-6 ay ödəmirlər. Düşünmürlər ki, bu ödənişi etmək lazımdır? Onda hamımız ev götürək, deyək ki, sonra ödəyərik?! Kreditin də şərtləri var. Fakt olaraq bu adam 3 ildir şərtləri pozur. İndi deyir ki, 3 ay ( 90 gün) gecikməm var. Şərtlər pozulanda aldığın evi qaytarmalısan. Bunun üçün əlavə pul verməliyik?!”. Cəriməsi var, ödəsin. Ödəyə bilmirsə, aldığı məbləğlə geri qaytarılacaq. Alıb gözləmisən ki, baha qiymətə qaytarasan? Bu nə məntiqdir?!”.
Həmçinin mətbuat xidmətinin rəhbəri şikayətçi ilə “Şərur” MTK-nın rəhbəri Şərurlu İsfəndiyarın şəxsi münasibətindən də söz açıb:
“Emil Maqalovun unutmasın ki, zamanında İsfəndiyar bəy onu öz hesabına idman yarışına göndərib, ona yaxşılıq edib. Məhkəməyə verə bilər, bu, onun haqqıdır”.
Qeyd edək ki, şikayətçi Emil Maqalov iddia edir ki, Saray qəsəbəsində Jasmin Parkdan kreditlə aldığı evin ödənişlərini 3 il ərzində 2-3 aylıq gecikmələrlə ödəyib və bu müddətdə şirkət tərəfindən heç bir xəbərdarlıq edilməyib. İndi isə “Şərur” MTK qəfil müqaviləyə istinad edərək onun qarşısına gecikməyə görə evi 2022-ci ildə aldığı qiymətə (1 kv 650 AZN) qaytarmaq şərti qoyub. Alternativ olaraq isə 44 000 AZN cərimə tələb edilib, sonra bu məbləğ 20 000 AZN-ə endirilib.
Şikayətçi hesab edir ki, ədalətsiz yanaşmadır, çünki şirkət əvvəlcədən gecikməyə dözümlü davranıb və indi bazar qiymətinin artmasından istifadə edərək evi geri almaq istəyir.
Şikayətçi həmçinin bildirir ki, rəhbərliklə görüş zamanı kobud rəftarla qarşılaşıb və problemləri dinlənilməyib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA
Avtobusda kondisioneri işlətmədi, xəbərdarlıq olundu - RƏSMİ










