Sərxoş məktəb direktoru qəza törətdi: 2 yaralı - Qazaxda

Qazaxda kənd orta məktəbinin direktoru idarə etdiyi avtomobil ilə qəza törədib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Böyük Cəfərli kənd orta məktəbinin direktoru Almazov Fazil Hümbət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə hərəkətdə olarkən qarşıdan gələn digər "VAZ" markalı maşınla toqquşub. Nəticədə məktəb direktoru və digər avtomobildə olan sərnişinlərdən biri ağır xəsarət alıb. Onlar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, hadisəyə məktəb direktorunun avtomobili sərxoş halda idarə etməsi səbəb olub. Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












