Sərxoş sərnişin "çantamda bomba var" dedi; başına nələr gəldi - FOTO

Rusiyanın "Pulkovo" beynəlxalq hava limanından (Sankt-Peterburq) Bakıya uçmalı olan "J2 9120" saylı reysin sərnişini bomba barədə xəbərə görə təyyarəyə buraxılmayıb. "Report" "Fontanka.ru"ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, şənbə günü 23:45-də Azərbaycana uçmalı olan reysin sərnişini qeydiyyat zamanı baqajını təhvil verərkən aviaşirkət əməkdaşına çantasında "bomba" olduğunu bildirib. Baqaj partlatma işləri mütəxəssisləri tərəfindən müayinə olunub, təhlükəli heç nə aşkar edilməyib. Sərnişinin ad günü ilə əlaqədar zarafat etməsi ilə bağlı izahatları "Pulkovo" hava limanında xidmət göstərən nəqliyyat polislərini qane etməyib və 30 yaşlı gənc növbətçi hissəyə aparılıb. Polisin yoxlamalarından sonra məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumatlara görə, kişi sərxoş olub. Aeroportun onlayn-tablosuna əsasən, Bakıya və digər istiqamətlərdə uçmalı olan reyslər cədvəl üzrə yola düşəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












