“Şeş-Beş”in sahibinin azərbaycanlı sürücüsü öldürüldü

Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib. Avtosfer.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məlum olub ki, ötən həftənin bazar günü cəsədi tapılan şəxs "Şeş-Beş" restoranlar şəbəkəsinin sahibi, tanınmış biznesmen Qeys Məmmədovun sürücüsüdür. Azərbaycanlı sürücünün başından güllələnərək qətlə yetirildiyi, daha sonra torbaya qoyularaq Moskva çayına atıldığı bildirilib.
Hüquq-mühafizə orqanları qətlin sifariş məqsədi ilə törədildiyi versiyasını üzərində dayanıb. İstintaqdakı mənbənin verdiyi məlumata görə, qətl iş adamını qorxutmaq məqsədi ilə törədilib. Qeys Məmmədova son zamanlar kriminal aləmdən adamların təzyiq etdiyi bildirilir. Mənbənin ehtimalına görə, azərbaycanlı iş adamı yaxınlarına sui-qəsdin planlaşdırıldığından əvvəlcədən xəbərdar olub. Baş verən hadisədən sonra restoranın baş ofisində axtarış aparılıb, Qeys Məmmədov dindirilib. Hadisə ilə bağlı artıq ilk şübhəli şəxs saxlanılıb. Rusiya İstintaq Komitəsi həmin şəxslərin kimliyini açıqlamır.
Qeyd edək ki, Qeys Məmmədovun milliyyətcə azərbaycanlı olan sürücüsü Moskvanın qərbində öldürüləndən sonra ayağına ağır dəmir parçası bağlanaraq, Moskva çayına atılıb. Onun cəsədi atıldığı yerdən 7-8 kilometr uzaqda tapılıb. Cəsədi Moskva çayın yanından keçən piyada təsadüfən görüb. Qətlə yetirən şəxsin Rusiya vətəndaşı olduğu bildirilsə də, adı hələlik açıqlanmır.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










