Səs-küy salıb, qonşularını narahat edənlərin diqqətinə – CƏRİMƏLƏNƏ BİLƏRSİZ

Bəzi hallarda ictimai narahatçılıq yaradan məsələlərdən də çox gileylənilirik. Məsələn, qonşumuz bütün günü yüksək səslə musiqiyə qulaq asır və yaxud evində davamlı şəkildə dava-dalaş salır. Bir sözlə, tez-tez bizlərin istirahət hüququ pozulur. Maraqlıdır ki, bəzi adamlar qanunvericiliyi bilmədiyi üçün belə hallarla rastlaşanda nə edəcəyini bilmirlər.
Ona görə də məsələnini hüquqi tərəfini araşdırdıq.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan vəkil Nurlana Əliyeva bildirib ki, qanunvericilik belə hallarla rastlaşan insanların hüquqlarını tam şəkildə qoruyur:
"Bu kimi hallarla qarşılaşan vətəndaşların da diqqətinə çatdırmaq istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə məişət səs-küyünə qarşı mübarizə tələblərinin pozulması 150-200 manat miqdarında cəriməyə səbəb olur. Maddənin məzmununda cərimənin “gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa görə” tətbiq edildiyi öz əksini tapıb. Qonşunun şikayəti əsasında polis orqanları bu cəriməni tətbiq edə bilər. Əgər mübahisə fiziki zorakılıq ilə nəticələnərsə, İnzibati Xətəlar Məcəlləsinin 157 maddəsinə əsasən qarşı tərəfə 300-500 manat məbləğində cərimə və ya 2 ayadək inzibati həbs tətbiq oluna bilər. Əgər sağlamlığa qəsdən ağır, az ağır və ya yüngül zərər vurmaqla törədilibsə, belə mübahisə hətta cinayət məsuliyyətinə səbəb ola bilər".
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










