Şəxsi inkişaf görüşləri davam edir - FOTO

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə ASAN Könüllülərinin birgə tərəfdaşlığı və "Azersun Holding"in dəstəyi ilə Formula 1 Avropa Qran Prisinin Könüllülər Mərkəzində 17 aprel 2017-ci il tarixində Formula 1 könüllüləri üçün “Şəxsi inkişaf görüşlər”i keçirilib. Tədbir çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları şöbəsini rəhbəri İranə Əhmədova, "Azersun Holding"in Marketinq əməliyyatları departamentin müdiri Fuad Həsənov və “ASAN School” Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev çıxış edərək könüllülük fəaliyyətinin və beynəlxalq səviyyəli idman yarışlarının önəmindən danışıblar. Onlar Formula 1 könüllülərinə faəliyyətlərində uğurlar arzuladılar. Tədbirin keçirilməsində məqsəd könülülərə bu fəaliyyətin önəmini anlatmaq və Formula 1 könüllülərinə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində ASAN könüllülərinin və "Azersun Holding"in dəstəyini nümayiş etdirməkdir.
Qeyd edək ki, “Şəxsi inkişaf görüşlər”i çərçivəsində tədbirdə iştirak edən ilk 200 könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı "Azersun Holding" tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hədiyyə olunmuşdur. Məlumat üçün bildirək ki, 2016-ci il fevral 29 tarixinə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzlanmışdır və bu formatda silsilə tədbirlərin keçirilməsi məqsədə uyğun sayılmışdır. Qeyd olunmalıdır ki, öz növbəsində "Azersun Holding" ASAN xidmət ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətində ekoloji maarifləndirmə istiqamətində çoxsaylı layihələr reallaşdırılıb.
Emin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY






















