Səyyar ASAN qatar Siyəzəndə

Səyyar ASAN qatar Siyəzəndə vətəndaşlara xidmət göstərəcək. ASAN-dan Avtosfer.az-a verilən məlumata görə, səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Həmçinin, səyyar avtobuslar 29 iyun-28 iyul Xaçmaz şəhərində, 7-31 iyul İsmayıllı və Lerik rayonlarında, 10-29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 13-27 iyul Tərtər şəhərində, 17-31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB










