Şiddətli küləklərə görə 180-dən çox daxili aviareys təxirə salınıb

Yaponiyada hava təzyiqinin kəskin aşağı düşməsi ilə əlaqədar yaranan şiddətli küləklərə görə 180-dən çox daxili aviareys təxirə salınıb. Azərtac xəbər verir ki, reyslərin əksəriyyəti şimaldakı Hokkaydo adasında və cənub-qərbdə yerləşən Kyüşü adasında təxirə salınıb.
Hokkaydo adasında şiddətli küləklər dəmir yolunun hərəkətində də problemlər yaradıb. Burada yüzdən çox qatarın hərəkət cədvəli pozulub. Qatarların, o cümlədən sürətli “Şinkansen” qatarlarının hərəkətində pozuntular ölkənin cənub-qərbində də müşahdə olunub.
Yaponiya Baş Meteorologiya Agentliyinin məlumatına görə, martın 1-ə keçən gecə ölkənin bəzi regionlarında küləyin sürəti saniyədə 32 metrə çatıb. Şiddətli küləklərin Yaponiyada martın 2-də də müşahidə ediləcəyi və sürətinin saniyədə 25-28 metrə çatacağı gözlənilir.
Eyni zamanda, sinoptiklərin bildirdiyinə görə, Hokkaydo adasında güclü qar yağacaq, sutka ərzində 70 santimetr qalınlıqda yağıntı düşəcək. Sahil rayonlarda 6-8 metr hündürlükdə dalağaların müşahidə ediləcəyi də bildirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












