"Sığorta şirkəti müştəriləri aldadır" - ŞİKAYƏT

"Rəvan Sığorta" şirkəti tərəfindən hüquqları pozulduğunu deyən vəkil Ceyhun Yusifov Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanova müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org saytına vəkil özü məlumat verib. Vəkilin sözlərinə görə, adıçəkilən sığorta şirkəti müştəriləri aldadır, üzərinə düşən öhdəliyi yerinə yetirmir.
"Şirkətlə müştəri arasında bağlanan sığortanı ləğv etmək mümkün deyil. Vətəndaşlardan əsassız olaraq əlavə xərc tələb olunur. Heç bir vətəndaş öz hüququndan istifadə edə bilmir. Sığorta öhdəlikləri yerinə yetirilmir. Avtomobilin keyfiyyətsizliyi ilə bağlı müraciətlər cavabsız qalır, verilmiş zəmanət yerinə yetirilmir", - C.Yusifov bildirir.
Vəkil bildirir ki, müqavilə şərtlərinin ziddinə olaraq, "Rəvan Sığorta"nın əməkdaşları qəza baş verən zaman hadisə yerinə gəlmirlər. "7-8 ay əvvəl avtomobilimdə qəza baş verdi, 1 manat da sığorta ödəmədilər. Şirkətdə çalışan Mayıl Nuriyev adlı şəxsə iradımı bildirdikdə isə "gedin, kimə istəyirsiniz deyin" cavabı verir", - deyə vəkil əlavə edib.
Vəkil bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanova müraciət edib: "Rəsmi şəkildə müraciət etmişəm, yoxlasınlar, araşdırsınlar. Burada 70 dənə firma yaradıblar. Adi etibarnamə üçün rüsum tələb edilir. Hər etibarnamə üçün isə əlavə rüsum tələb edirlər. Birmənalı olaraq vətəndaşlar aldadılır".
Vəkil mətbuat vasitəsilə vətəndaşlara mütləq ehtiyatlı olmağı tövsiyə edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












