Silah anbarındakı partlayışda yaralananların ADLARI

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Yaralıların vəziyyəti yaxşıdır, onlara zəruri tibbi yardım göstərilir. Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib. Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










