Silahlı Qüvvələrdən bəyanat - “Ordu hakimiyyətə əl qoydu”

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah İdarəsi ölkədə baş verən qarışıqlıqla bağlı məlumat yayıb. Bəyanatda “Türkiyə ordusu hökumətə, idarəçiliyə əl qoyub”-, deyə qeyd edilir. Hazırda Ankara və İstanbulun ayrı-ayrı yerlərində atışma səsləri eşidilir.
***
Sözügedən bəyanatın tam mətnini təqdim edirik: “Türk Silahlı Qüvvələri konstitusiya nizamının, demokratiyanın, insan hüquq və azadlıqlarının təkrar təmin və təsis edilməsi; ölkədə hüququn üstünlüyünün yenidən hakim olması; pozulan asayişin yenidən təmin edilməsi məqsədilə ölkə rəhbərliyinə tamamilə əl qoyub. Bütün beynəlxalq anlaşmalarımız və məsuliyyətlərimizin etibarlılığı qorunur. Dünya ölkələri ilə yaxşı münasibətlərin davam edəcəyinə ümid edirik”.
***
Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarın girov götürüldüyü haqda məlumatlar var. Xəbəri Anadolu Agentliyi yayıb. Agentlik qeyd edir ki, qərargahda silah səsləri eşidilib. Havadakı helikopterdən isə idarənin həyətindəki şəxslərə zərbələr endirilib. Generalın məhz bu hücum zamanı əsgərlər tərəfindən girov götürüldüyü deyilir.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı













