Silahlı şəxs polisi öldürdükdən sonra intihar etdi

Türkiyənin Bursa şəhərində silahlı insident baş verib. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, Gemlik rayonunda məhkəminin qərarından narazı qalan Musa G. adlı şəxs bir müddət əvvəl boşandığı həyat yoldaşı Əminə D.-nin evinə gedərək ona hücum edib. Ov tüfəngi ilə keçmiş həyat yoldaşına atəş açan şəxs qadını çiynindən yaralayıb. Daha sonra o, Əminə D.-nin boşanma üzrə vəkili Azad Aksoyun ofisinə gedərək, ona atəş açıb və onu iki yerindən yaralayıb.
Cinayətkar daha sonra ədliyyə binasının önünə gedib və binanın girişindəki polis məmuru İdris Büyükdönmezə atəş açıb və daha sonra intihar edib.
Hadisə yerinə çağırılan təcili yardım dəstələri ilkin tibbi yardım göstərsə də, polis məmuru yerləşdirildiyi Bursa Uludağ Xəstəxanasında ölüb.
Yaralanan Əminə D. və vəkili xəstəxanaya yerləşdirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












